Bakıda hadisə Sabunçu rayonunda qeydə alınıb. 2012-ci il təvəllüdlü qız uşağını avtomobil vurub. Sabirabadda isə 2009-cu il təvəllüdlü oğlan yolu keçərkən minik avtomobili onu vurub. Bu barədə dekabrın 24-də Report xəbər verib.
9 yaşlı qız 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.
12 yaşlı oğlan isə əvvəlcə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya gətirilib. Ona sol bud sümüyünün yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.
Faktlarla bağlı araşdırma aparılır.