Bakıda yerləşən kafelərin birində qətl törədən şəxsin işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə 30 dekabr tarixində Report xəbər verib.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hadisə 29 avqust saat 21:00 radələrində “Beerlin Pub” kafesində baş verib. Aralarında yaranan mübahisə zamanı 34 yaşlı mühafizəçi digər şəxsi döyüb və qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.