“BakıKart”ın balansını marketlərdə, iri ticarət mərkəzlərində və iaşə obyektlərində yerləşən “MilliÖn” terminalları vasitəsilə artırmaq mümkün olacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən dekabrın 8-də Trend-ə məlumat verilib.
“MilliÖn” ödəmə terminallarının sayı artırılaraq 1354-ə çatdırılıb. Əlavə olaraq daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır”, - deyə məlumatda qeyd olunub.
Sentyabrın 24-dən isə “BakıKart”ın balansını onlayn artırmaq mümkündür. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçmək lazımdır.