Dekabrın 22-də Rusiyanın “Nordwind” aviaşirkəti Nijni Novqorod ilə Bakı arasında uçuşları bərpa edib. Bu barədə Sputnik Azərbaycan məlumat paylaşıb.
Hər iki istiqamətdə birbaşa müntəzəm reyslər çərşənbə günləri yerinə yetiriləcək.
Daha öncə, dekabrın 20-də “Nordwind” həftədə 7 dəfə olmaqla Soçi - Bakı reysini yerinə yetirməyə icazə alıb.