Bakıda dekabrın 14-də əcnəbi vətəndaşın 1200 manat pulu, bankomat kartı və sənədləri oğurlanıb. Bu haqda dekabrın 15-də Səbail Rayon Polis İdarəsi məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən 2 Ağstafa və bir nəfər Yevlax rayon sakini saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.