10-12 iyun tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi tamaşıçıları üçün Bulvarda tribunaların quraşdırılmasına start verilib. Bu haqda Trend aprelin 20-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçerə istinadən məlumat verib.
Tribunalar 16 min nəfər üçün nəzərdə tutulub.
Həmçinin “Paddock” ərazisində də infrastruktur-quraşdırma işləri başlanılıb. Növbəti mərhələdə isə trek zolaqları quraşdırılacaq.
Tikinti işləri yarışın başlamasına bir həftə qalmış sona çatacaq.