Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonunda oğurluq olub. Bu barədə 15 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Gözəllik salonlarının birində Bakı şəhər sakini olan qadının içərisində 1 000 manat və 700 dollar olan cüzdanının oğurlanması barədə Polis Bölməsinə müraciət daxil olub.
Şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.