Bakıda həyətdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə 14 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Novxanı qəsəbəsi ərazisində inşası başa çatmayan bir evin həyətindən 1 665 manat dəyərində elektrik naqili və dəmir dirəklər, həmçinin Binəqədi qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus sahədən isə 420 metr naqil və 18 metr boru oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Aydın Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.