Bakıda kütləvi dava zamanı iki nəfəri bıçaqlayan Kamran Rəhimliyə hökm oxunub. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda mayın 5-də Report məlumat yayıb.
Hadisə ötən ilin fevralında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Dava zamanı 1997-ci il təvəllüdlü Yusif Əhmədov və 1998-ci il təvəllüdlü Sahil Mahmudov K. Rəhimli tərəfindən bıçaqlanıb.
Yaralılar xəstəxanaya çatdırılıblar və onların həyatlarını xilas etmək mümkün olub.