“Gələn il "Bakı Metropoliteni" QSC-nin ərazisində mobil rabitə şəbəkəsi 100% təmin ediləcək”. Bunu səhmdar cəmiyyətin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.
Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, növbəti ildə Xocəsən stansiyasında da mobil rabitə şəbəkəsi qurulacaq.
"Hazırda Xocəsən stansiyası istisna olmaqla bütün stansiyalarda mobil rabitə şəbəkəsi mövcuddur. Yeni istifadəyə verilmiş Xocəsən stansiyasının isə yalnız yerüstü hissəsində şəbəkə mövcuddur. Tuneldə və stansiya daxilində şəbəkənin qurulması isə gələn il yekunlaşacaq. Bununla da metronun bütün stansiyalarında kəsintisiz mobil rabitədən istifadə mümkün olacaq”, - deyə metro rəsmisi qeyd edib.