Bakı metrosunun işçisi, 1961-ci il təvəllüdlü V.Həsənov ürəktutmadan vəfat edib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Hadisə bu gün “28 May” stansiyasında baş verib. Süni qurğular təmirçisi V. Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib: “Onun ürəyində narahatlığı olub və bundan öncə infarkt keçirib”.