Belarusun “Belavia” aviaşirkəti Bakı-Minsk-Bakı reysi üzrə uçuşları bərpa edir. Bu barədə aprelin 19-da aviaşirkətin rəsmi portalında xəbər paylaşılıb.
Uçuşlar hər gün yerinə yetiriləcək.
Təyyarə Minskdən saat 23:00-da yola düşəcək, Bakıya isə saat 03:55-də enəcək. Həmçinin Bakıdan Minskə uçuş yerli vaxtla saat 04:55-də olacaq. Təyyarə saat 08:05-də Minsk Milli Hava Limanına enəcək.