Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində 24 yaşlı gənc motosikletlə qəza törədib. Bu barədə aprelin 19-da Report xəbər verib.
Motosiklet sürücüsü idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.