Bakı–Naxçıvan–Bakı avtobus marşrutu üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdı. İnsanoid.com xəbər verir ki, 19 iyul tarixindən etibarən daşımalar yenidən bərpa olunub və ilk avtobus reysi uğurla həyata keçirilib.
Növbəti üç avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusunun daxil olması səbəbindən bu nəqliyyat vasitələri gömrük-keçid məntəqəsində müvəqqəti olaraq yubadılıb. Artıq həmin avtobuslar gecə saat 02:00–03:00 radələrində Naxçıvan Avtovağzalına çatıb.
Daşımaların fasiləsiz şəkildə davam etməsi üçün qarşılıqlı əməkdaşlıq çərçivəsində işlər aparılır.