Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb. Bu haqda mayın 4-də Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
İşlər magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır. Bildirilib ki, yolun deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır.
Təmir işləri hissə-hissə həyata keçiriləcək. Həmin ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.