M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.
Bu barədə 26 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edir, yük və sərnişin daşınmasında böyük rol oynayır.
Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılıb. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edib.
Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri görülüb.
İşlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunub.
[gallery link="file" columns="2" size="full" ids="132662,132663"]