Yasamalda Bakı sakininə qarşı quldurluq edilib. Bu barədə aprelin 19-da Report-a DİN-dən məlumat verilib.
3 nəfər paytaxt sakini H. Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu alıb və kart hesabında olan 50 manat pulu isə onların hesablarına köçürməsini tələb ediblər.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən Səxavət Yunusov, Əli Abbasov və Nicat Mikayılov saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.