Bakıda silahlı şəxs saxlanılıb. Bu barədə aprelin 19-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan paytaxt sakini, əvvəllər məhkum olunmuş Aydın Həbibovdan “Smith Wesson” markalı revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilərək götürülüb.