Cari ilin ilk üç ayı ərzində Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,8% artaraq 6,3 milyard manatdan çox təşkil edib. Bu barədə 4 may tarixində Bakı Şəhər Statistika İdarəsi məlumat verib.
Məlumata əsasən, paytaxt əhalisi ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 3,6 milyard manatdan çox, qeyri-ərzaq məhsullarına 2,6 milyard manatdan çox pul xərcləyib.
Ümumilikdə məhsulların 35,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7%-i isə paytaxtın məhsul bazarlarında satılıb.