Paytaxtda pandemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib. Buna səbəb son günlərdə ölkədə COVİD-19-a yoluxanların sayında artımın olmasıdır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti 10 avqust tarixində xəbər verib.
İlkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb. Həftə sonu dezinfeksiya tədbirləri paytaxtın küçə və prospektlərində aparılacaq.
Avqustun 9-da ölkədə 1101 yeni yoluxma, 9 ölüm faktı qeydə alınıb. Bu barədə Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda kronavirusa ümumilikdə 352 926 nəfər yoluxub. 5 mindən çox insan vəfat edib.