Yeniyetməni bıçaqlamaqda təqsirləndirilən şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda aprelin 19-da Report məlumat verib.
O, 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirli bilinən şəxs “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsilə ittiham olunub.
Sözügedən şəxs 2021-ci ilin may ayında Nəsimi rayonunda mübahisə zəminində yeniyetməni bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı xilas edilib.