Bakıda 15 yaşlı qız itkin düşüb. Bu barədə aprelin 20-də APA Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci il tarixində yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.
Onun barəsində məlumatı olan şəxslərdən 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng etmələri xahiş olunur. Həmçinin, N.Məmmədovanın yeri barədə Nazirliyin “102” Xidməti Zəng Mərkəzinə də zəng edərək məlumat vermək olar.