Bakıda 30 yaşlı kişini avtomobil vurub. Bu barədə 16 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü şəxs yolu keçərkən avtomobil onu vurub.
Sözügedən şəxsə sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.