Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub. Bu haqda mayın 5-də APA məlumat yayıb.
İnsident Binəqədi şosesi 53 ünvanında Bakı Poladtökmə Zavodunun qarşısında baş verib. 1979-cu il təvəllüdlü kişi tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib. Zərərçəkmiş qarın boşluğunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası xəsarətləri alıb.
Faktla bağll araşdırma aparılır.