Bakıda 6 - 7 avqust tarixlərində ağacların qanunsuz kəsilməsinə görə iki şirkət cəzalandırılıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi bildirib.
Avqustun 6-da Xətai rayonu, 8 Noyabr prospektində “Real-Park” MMC tərəfindən aparılan tikinti işləri zamanı 5 ağacın məhv edildiyi aşkarlanıb. Şirkət təbiətə 5 min 280 manat məbləğində ziyan vurub.
Faktla bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Avqustun 7-də Bakıda Maqsud Əlizadə küçəsində yaşayış binasının tikintisi zamanı “Azenteroil” MMC tərəfindən ağacların qanunsuz kəsildiyi məlum olub.
Faktla bağlı toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib.