Bakıda autizm spektr pozuntusu olan 7 yaşlı uşaq itkin düşüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 25 iyul tarixində xəbər verir.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində yaşayan 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.