Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 19 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanod-ə məlumat verib.
Belə ki, oktyabrın 19-da gecə saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Ü.Bağırov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ceyhun İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.