Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 avqust tarixində xəbər verir.
Hadisə Sabunçu rayonu "Megastore" marketinin qarşısında qeydə alınıb.
Elşad Ramazanov idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobili ilə marketin qarşısında dayanmış 57 yaşlı Ramiz İsmayılovu vurub. Piyada ötən gün yaşadığı Tərtər rayonunun Hacıqərvənd kəndində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.