Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb. Bu barədə 19 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Oktyabrın 16-sı saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.
Müəyyən olunub ki, hadisə “Mercedes markalı avtomobillə törədilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.