Bakıda avtoservisdə yanğın olub. Bu barədə 4 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, paytaxtın Yasamal rayonundakı avtoservisin ərazisində təmirə dayanan "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Nəticədə yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin qapısı qismən deformasiyaya uğrayıb.
Qeyd olunub ki, yanğın söndürülüb.