Mayın 17-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək. Bu barədə 4 may tarixində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya istinadən Report məlumat verib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri, Azərbaycan-İtaliya Ticarət Palatası, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası kimi qurumlar iştirak edəcək.