Bakıda dənizdə bir nəfər batıb. Bu barədə 31 iyul tarixində APA Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Hadisə Bakı şəhərinin Xətai rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralı, nəzarətsiz ərazi) baş verib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.