Bakıda evdən oğurluq edən qadınlar saxlanılıblar. Bu barədə 20 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3 000 manat və 1 415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə Polis Bölməsinə müraciət daxil olub.
Şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.