Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda aprelin 18-də Report məlumat yayıb.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Fərman Əsədov yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri ayırmağa çalışıb. Lakin tərəflərdən biri - C. Aslanlı F. Əsədova bıçaq zərbələri vurub.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən sağlamlığa zərər vurma” maddəsilə cinayət işi başlanmışdı.