Bakıda gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib. Bu barədə aprelin 18-də Report-a DİN-dən məlumat verilib.
Nərimanov rayonu ərazisindəki iki gözəllik və bir gül salonunda işləyən 3 nəfərin 9 min manat dəyərində 5 ədəd mobil telefonu oğurlanıb. Oğurluqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Rəhimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.