Bakıda iki sərnişin sürücüyə qarşı soyğunçuluq edib. Bu barədə 22 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talayıb.
Əməli törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.