Elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir. Bu barədə APA 26 sentyabr tarixində xəbər verib.
33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Paytaxt sakinlərinin istifadəsinə verilən nəqliyyat vasitəsi tam enerji toplayaraq, 350 km məsafə qət edə bilir.
Elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq.