Bir neçə gün öncə Bakıda itlər üçün oyun zonası olan kafe açılıb. “Dogarden” kafesi bu konseptdə olan ilk qapalı məkandır. Bu barədə mayın 20-də İnsanoid-ə xəbər daxil olub.
Kafe həm itlə gələnlərə, həm də it sahibi olmayanlara açıqdır. İtlərlə gələn müştərilərə giriş ödənişlidir - 5 AZN. Əlavə ödənişlə kafedə qruminq xidmətləri, çəkiliş zonası və heyvanlar üçün şirniyyatlar təklif olunur. Burada itlər üçün lazimi vasitələr də (döşəkçələr, gigiyena məhsulları) təqdim edilir.
Kafeyə aqressiv olmayan itlərlə gəlməyə icazə verilir. Girişdəki yoxlanışa əsasən, itə ağızlıq taxılması tələbi və ya girişə icazə verilməməsi mümkündür.
Ünvan: M.Naxçıvani 1 (Statistika dairəsi, KFC-nin üstü, 2-ci mərtəbə)
View this post on Instagram