Bakıda kişi və qardaşı oğlu bıçaqlanıb. Bu barədə 19 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə aprelin 18-də saat 17:00 radələrində Lökbatan qəsəbəsində baş verib. Paytaxt sakini və onun qardaşı oğlu çoxsaylı bıçaq xəsarətləri alıblar.
Polis əməkdaşları tərəfindən şübhəli bilinən Füzuli rayon sakini müəyyən edilərək saxlanılıb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.