Bakı Bulvarında (Kukla Teatrının arxası) ilin son “KOB Fest” sərgi-satış yarmarkası keçirilir. Bu barədə 14 oktyabr tarixində İnsanoid məlumat verir.
Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilir.
[gallery link="file" size="full" ids="88850,88852,88851"]
“KOB Fest”in təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulları tanıtmaqdır.
[gallery link="file" size="full" ids="88849,88855,88853"]
Qeyd edək ki, “KOB Fest” sabah da keçiriləcək və saat 10:00-dan 18:30-dək ziyarətçilər üçün açıq olacaq.