Bakıda əsən güclü küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə aprelin 21-də Səhiyyə Nazirliyindən APA-ya bildirilib.
Yaralananlar xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, aprelin 20-si axşamdan 21-i gündüzədək əlverişsiz hava şəraiti hökm sürəcək. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.