Bakıda kütləvi dava baş verib, 5 nəfər saxlanılıb. Bu haqda aprelin 21-də Report xəbər verib.
Hadisə aprelin 19-da “İçərişəhər” metro stansiyasının yaxınlığında baş verib. İki nəfər bir qrup şəxs tərəfindən döyülüb və birinin mobil telefonu əlindən alınıb.
Keçirilən əməliyyat nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən iki Bakı şəhər sakini, iki Sabirabad rayon sakini və bir Şəki rayon sakini saxlanılıb. Faktla bağlı araşdırma davam edir.