Bakının Əmircan qəsəbəsində məktəbdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda aprelin 15-də Report məlumat yayıb.
Saxlanılan şəxsin üzərində heroin aşkar edilərək götürülüb.
O, internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlayıb.
Bundan əlavə o, tanışı ilə birgə Nizami rayonu ərazisindəki anbarların birindən 3 900 manat dəyərində metal qırıntıları oğurlayıb.
Faktlarla bağlı araşdırma aparılır.