Mayın 9-da Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” adlı xeyriyyə konserti keçirilib. Bu haqda İnsanoid xəbər verir.
Tədbir Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub. Səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib.
Konsertdən əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək.