Bakının Xəzər, Suraxanı və Sabunçu rayonlarında 20 evdən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. Bu barədə oktyabrın 14-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunan 5 nəfər tutulub. Onlar ayrı-ayrı vaxtlarda evlərdən və mağazalardan qızıl-zinət və məişət əşyalarını ələ keçiriblər və ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.