2022-ci ilin ilk iki ayında Bakı şəhəri üzrə işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artaraq 979 manat təşkil edib. Bu barədə məlumat Bakı Şəhər Statistika İdarəsinin 4 may tarixinə olan hesabatında əks olunub.