Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən qəbiristanlıqda basdırılmış tapança və əl qumbarası tapılıb. Bu barədə 12 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Basdırılmış sursatların döyüş tətbiqinə yararlı 1 ədəd Makarov tipli tapança, 1 ədəd RQN əl qumbarası və partladıcısı olduğu müəyyən edilib.
Sursat ərazidən götürülərək kənarlaşdırılıb.