Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsində baş verən qəzada 1 nəfər yaralanıb. Bu haqda aprelin 16-da APA məlumat yayıb. Yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
“Toyota” markalı minik avtomobili “Nissan” markalı maşınla toqquşub.
“Toyota” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.