Bakıda əl qumbarası aşkarlanıb. Bu barədə aprelin 19-da sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, qumbaranı "Qanun” Nəşriyyatının yanında təmizlik işləri görən fəhlə tapıb. Daha sonra hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib.
Qumbara ərazidən götürülərək kənarlaşdırılıb.