Bakıda restoranda yanğın olub. Bu barədə 16 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 450 kvadratmetr olan restoranın girişində ümumi sahəsi 45 kvadratmetr olan talvarın şüşə-pambıq üzlüyü 4 kvadratmetr sahədə yanıb.
Talvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın söndürülüb.